Sahibkarlara məhsullarını “Azərpoçt”da satmaq təklif olunur

Sağlamlıq
11:36 / 26.01.2022

“Azərpoçt” MMC ölkədə fəaliyyət göstərən sahibkarlara əməkdaşlıq təklif edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanda ən böyük şəbəkəyə malik olan, bütün şəhər və rayonlarda 1500-dək şöbə ilə xidmət göstərən “Azərpoçt” əhaliyə əlçatanlıq imkanlarını nəzərə alaraq, eyni zamanda təcrübəsinə və beynəlxalq nümunələrə əsaslanaraq biznes sahiblərinə “Retail” xidmətini təqdim edir.

Xidmətin əsas mahiyyəti sahibkarlarla birgə işləyərək vətəndaşlara sabit qiymət siyasəti əsasında xidmət göstərmək, həmçinin biznes sahiblərinə işlərini daha səmərəli şəkildə qurmalarında dəstək verməkdir.

Belə ki, sahibkarlar öz məhsullarını “Azərpoçt” məntəqələri vasitəsilə vətəndaşlara təqdim edə bilərlər. Bu əməkdaşlıq biznes sahiblərinə ilk növbədə vahid və şəffaf qiymət siyasəti tətbiq etmək, eyni zamanda bütün ölkə əhalisinə çıxış imkanı verəcək. “Azərpoçt” MMC bu əməkdaşlıq çərçivəsində logistik xidmət və icarə haqqı xərclərini nəzərdə tutmur, onları özü təmin edir.

Qeyd edək ki, “Azərpoçt” məntəqələrində ibtidai siniflər üçün iş dəftərlərinin, “Azərlotereya” ASC-nin lotereya biletlərinin, “Azercell Telekom” MMC-nin, eləcə də bir sıra özəl qurumların məhsullarının satışı uğurlu şəkildə həyata keçirilir.

“Azərpoçt” MMC-nin “Retail” xidməti ilə maraqlanan sahibkarlar [email protected] ünvanı və yaxud da (+994 51) 230 46 93 mobil nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

Volvo Cars - 47.150 avtomobil satışı

13 May, 11:14

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

06 May, 10:34

Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

06 May, 10:21

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədri həbs edilib

06 May, 10:20

Neftin qiyməti artıb

06 May, 10:15

Bu günə olan valyuta məzənnələri

06 May, 10:09

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək

06 May, 10:04

İtaliya Ukraynaya silah verəcək

06 May, 10:03

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

06 May, 10:01

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

06 May, 10:00

"ARB"-nin yayımı 3 saatlıq dayandırılacaq

06 May, 09:59

Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

04 May, 15:42

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

04 May, 15:41

Prezident Bosniya və Herseqovinaya yeni səfir təyin etdi – SƏRƏNCAM

04 May, 15:39

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

04 May, 15:38

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

04 May, 15:36

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

04 May, 14:53

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi

04 May, 14:43

Saxta iş elanları verib 200 nəfəri aldatdı

04 May, 14:39

“Qalatasaray” baş məşqçisini istefaya göndərdi

04 May, 14:35

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

04 May, 14:31

Türkiyə avarçəkənləri Suqovuşandakı yarış üçün Bakıya gəldi - Fotolar

04 May, 14:29

Azərbaycanda yeni medal təsis edilir

04 May, 14:20

AFFA yeni çempionat yaradır - FOTO

04 May, 14:18

Sabah yağış yağacaq - HAVA PROQNOZU

04 May, 14:14

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı YOXLAMA aparılacaq

04 May, 14:12

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

04 May, 14:11

347 nəfərə Azərbaycanı tərk etməyə icazə verilmədi - SƏBƏB

04 May, 14:08

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

04 May, 14:01

Bağ evində “WiFi”ın keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi

04 May, 13:57