2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini

Sağlamlıq
12:25 / 27.01.2022

2024-cü ilədək Azərbaycanın bütün ərazisini internetlə təmin etmək planlaşdırılır.

Marka.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər” adlı tədbirdə çıxışı zamanı deyib.

“Ölkənin bəzi bölgələrində genişzolaqlı internetə çıxış təmin olunub. Eyni zamanda internet olmayan rayonlarda internetin təmin olunması ilə bağlı işlər aparılır. Son bir ay ərzində Azərbaycanda 40 min yeni istifadəçi internetə qoşulub. İl ərzində 150 min evin internetə qoşulması, 2024-cü ilədək bütün ölkənin internetlə təmin edilməsi planlaşdırılır. Bütün bu işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində görüləcək”, - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “müasir innovasiyaların” yaradılması “Azərbaycan 2030: milli prioritetlər” inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir.

“Ötən il telekommunikasiya sektorunda bir sıra problemlər aradan qaldırılıb və gələcək inkişaf üçün imkanlar yaradılıb. Ölkədə mobil operatorların fəaliyyətini tənzimləyən müvafiq baza yaradılıb. Bundan başqa, İKT sektorunda telekommunikasiya şirkətlərinin fəaliyyətini tənzimləyən orqan yaradılıb”, - R.Rüstəmov deyib.

Nazir müavini xatırladıb ki, ötən ilin oktyabrında Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Bu, müvafiq sahələrdə kompleks islahatların aparılmasına böyük təkan verdi.

“Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və bərpa işlərini diqqətdə saxlayıb, insanların rahatlığını tam təmin edəcək şəkildə infrastruktur qurulmasının vacibliyini vurğulayıb. Həmçinin, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanmasına başlanıb. Bu istiqamətdə müxtəlif universitet və İKT mərkəzləri ilə əməkdaşlığın inkişafı planlaşdırılır”, - nazir müavini deyib.

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

Volvo Cars - 47.150 avtomobil satışı

13 May, 11:14

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

06 May, 10:34

Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

06 May, 10:21

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədri həbs edilib

06 May, 10:20

Neftin qiyməti artıb

06 May, 10:15

Bu günə olan valyuta məzənnələri

06 May, 10:09

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək

06 May, 10:04

İtaliya Ukraynaya silah verəcək

06 May, 10:03

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

06 May, 10:01

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

06 May, 10:00

"ARB"-nin yayımı 3 saatlıq dayandırılacaq

06 May, 09:59

Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

04 May, 15:42

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

04 May, 15:41

Prezident Bosniya və Herseqovinaya yeni səfir təyin etdi – SƏRƏNCAM

04 May, 15:39

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

04 May, 15:38

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

04 May, 15:36

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

04 May, 14:53

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi

04 May, 14:43

Saxta iş elanları verib 200 nəfəri aldatdı

04 May, 14:39

“Qalatasaray” baş məşqçisini istefaya göndərdi

04 May, 14:35

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

04 May, 14:31

Türkiyə avarçəkənləri Suqovuşandakı yarış üçün Bakıya gəldi - Fotolar

04 May, 14:29

Azərbaycanda yeni medal təsis edilir

04 May, 14:20

AFFA yeni çempionat yaradır - FOTO

04 May, 14:18

Sabah yağış yağacaq - HAVA PROQNOZU

04 May, 14:14

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı YOXLAMA aparılacaq

04 May, 14:12

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

04 May, 14:11

347 nəfərə Azərbaycanı tərk etməyə icazə verilmədi - SƏBƏB

04 May, 14:08

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

04 May, 14:01

Bağ evində “WiFi”ın keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi

04 May, 13:57