Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib

Sağlamlıq
16:51 / 27.01.2022

“Unibank” KB ASC -nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınıb. Sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 aydır. Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bu qiymətli kağızların diqqətəlayiq xüsusiyyəti onun yüksək likvidliyidir. Marketmeyker bütün dövriyyə müddətində qiymətli kağızların alqı-satqısı üçün kotirovkaların saxlanmasına zəmanət verir.

Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, ölkənin maliyyə bazarında innovasiyalar sahəsində lider olan Unibank, həmçinin dinamik inkişaf edən qiymətli kağızlar bazarında da həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk emitentlərindən biridir: “Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Banka müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını təmin etməklə yanaşı, aktiv marketmeytinq sayəsində bazara qısamüddətli likvidliyin idarə edilməsi üçün yeni alət verir. Bu alət vasitəsilə həm korporativ,həm də pərakəndə müştərilər istənilən vaxt istiqrazları ala və sata bilərlər. Bu isə onlara illik depozitlərlə müqayisə edilə bilən, lakin daha qısa müddətə gəlir təmin etmək imkan yaradacaq”.

Unibank KB ASC-nin bütün istiqrazları BFB-nin ali listinq dərəcəsi olan premium bazar seqmentinə keçirilib. Unibank korporativ sektordan artıq üçüncü istiqrazı fond birjasının ali listinq dərəcəsinə daxil olunan ilk yerli emitentdir.Qeyd edək ki, premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

Volvo Cars - 47.150 avtomobil satışı

13 May, 11:14

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

06 May, 10:34

Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

06 May, 10:21

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədri həbs edilib

06 May, 10:20

Neftin qiyməti artıb

06 May, 10:15

Bu günə olan valyuta məzənnələri

06 May, 10:09

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək

06 May, 10:04

İtaliya Ukraynaya silah verəcək

06 May, 10:03

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

06 May, 10:01

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

06 May, 10:00

"ARB"-nin yayımı 3 saatlıq dayandırılacaq

06 May, 09:59

Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

04 May, 15:42

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

04 May, 15:41

Prezident Bosniya və Herseqovinaya yeni səfir təyin etdi – SƏRƏNCAM

04 May, 15:39

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

04 May, 15:38

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

04 May, 15:36

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

04 May, 14:53

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi

04 May, 14:43

Saxta iş elanları verib 200 nəfəri aldatdı

04 May, 14:39

“Qalatasaray” baş məşqçisini istefaya göndərdi

04 May, 14:35

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

04 May, 14:31

Türkiyə avarçəkənləri Suqovuşandakı yarış üçün Bakıya gəldi - Fotolar

04 May, 14:29

Azərbaycanda yeni medal təsis edilir

04 May, 14:20

AFFA yeni çempionat yaradır - FOTO

04 May, 14:18

Sabah yağış yağacaq - HAVA PROQNOZU

04 May, 14:14

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı YOXLAMA aparılacaq

04 May, 14:12

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

04 May, 14:11

347 nəfərə Azərbaycanı tərk etməyə icazə verilmədi - SƏBƏB

04 May, 14:08

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

04 May, 14:01

Bağ evində “WiFi”ın keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi

04 May, 13:57