Azərbaycanda universal poçt rabitəsi üzrə tariflər dəyişdirilib

Biznes
15:26 / 14.01.2022

Yanvarın 13-də Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

Marka.az quruma istinadən xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib. Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.

Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.

İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.

Tarif Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcək.

Qərarlar yanvarın 17-dən qüvvəyə minir.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyə qədər topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq mümkündür.

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

"Atabank" və "Zamin Bank"ın əmlakları icarəyə verilir

28 Yanvar, 16:13

Merkuri BOKT işçi axtarır – VAKANSİYA

28 Yanvar, 16:02

Fransa tarixi iqtisadi artıma nail olub

28 Yanvar, 15:56

Yaxın gələcəkdə Qarabağda yeni astronomik stansiya qurulacaq

28 Yanvar, 15:50

Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planının hazırlanması üçün görüləcək işlər açıqlanıb

28 Yanvar, 15:50

Yollarda duman olacaq, görünüş məsafəsi məhdudlaşacaq

28 Yanvar, 15:40

Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edilib

28 Yanvar, 15:36

Azərbaycan ötən il avtomobil idxalına 1 milyard dollara yaxın pul xərcləyib

28 Yanvar, 15:35

Sığorta sahəsində rəqəmsallaşma əsas prioritetdir – MƏRKƏZİ BANK

28 Yanvar, 15:32

Azərbaycanda 84 günlük notlar yenidən dövriyyəyə buraxılıb

28 Yanvar, 15:31

ARDNF valyuta hərraclarındakı satışını 13% artırıb

28 Yanvar, 15:26

1 000-dən çox qadın müxtəlif özünə məşğulluqla bağlı təlimlərə cəlb olunub - RƏSMİ

28 Yanvar, 15:11

Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi ilə bağlı yeni qaydalar hazırlanır

28 Yanvar, 15:09

Lavrov Zelenskini Rusiyaya dəvət edib

28 Yanvar, 14:51

Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov

28 Yanvar, 14:51

600 manat maaşla işçi axtarılır – VAKANSİYA

28 Yanvar, 14:39

“Buta Airways” fevral ayında Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir

28 Yanvar, 14:39

Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır

28 Yanvar, 14:27

Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov

28 Yanvar, 14:26

Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank

28 Yanvar, 14:26

Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb

28 Yanvar, 14:25

2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov

28 Yanvar, 14:24

Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA

28 Yanvar, 14:23

Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN

28 Yanvar, 13:37

Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri

28 Yanvar, 13:36

Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək

28 Yanvar, 13:35

SƏBA işçi axtarır

28 Yanvar, 13:33

"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır

28 Yanvar, 13:27

İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev

28 Yanvar, 13:26

Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq

28 Yanvar, 13:25