Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

Cəmiyyət
10:34 / 06.05.2022

"Biletləri kimlərinsə alması və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil".

Marka.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yaydığı açıqlamada belə qeyd olunub. Bildirilib ki, vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara tövsiyə edir ki, belə elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər və biletlərin alınmasını heç kimə əlavə vəsait ödəmədən özləri həyata keçirsinlər. Vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, //www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, may ayından etibarən Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə – cümə axşamı, cümə, şənbə və bazar günləri reyslər həyata keçirilir.

Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində isə həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.

Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

Volvo Cars - 47.150 avtomobil satışı

13 May, 11:14

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

06 May, 10:34

Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

06 May, 10:21

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədri həbs edilib

06 May, 10:20

Neftin qiyməti artıb

06 May, 10:15

Bu günə olan valyuta məzənnələri

06 May, 10:09

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək

06 May, 10:04

İtaliya Ukraynaya silah verəcək

06 May, 10:03

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

06 May, 10:01

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

06 May, 10:00

"ARB"-nin yayımı 3 saatlıq dayandırılacaq

06 May, 09:59

Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

04 May, 15:42

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

04 May, 15:41

Prezident Bosniya və Herseqovinaya yeni səfir təyin etdi – SƏRƏNCAM

04 May, 15:39

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

04 May, 15:38

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

04 May, 15:36

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

04 May, 14:53

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi

04 May, 14:43

Saxta iş elanları verib 200 nəfəri aldatdı

04 May, 14:39

“Qalatasaray” baş məşqçisini istefaya göndərdi

04 May, 14:35

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

04 May, 14:31

Türkiyə avarçəkənləri Suqovuşandakı yarış üçün Bakıya gəldi - Fotolar

04 May, 14:29

Azərbaycanda yeni medal təsis edilir

04 May, 14:20

AFFA yeni çempionat yaradır - FOTO

04 May, 14:18

Sabah yağış yağacaq - HAVA PROQNOZU

04 May, 14:14

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı YOXLAMA aparılacaq

04 May, 14:12

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

04 May, 14:11

347 nəfərə Azərbaycanı tərk etməyə icazə verilmədi - SƏBƏB

04 May, 14:08

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

04 May, 14:01

Bağ evində “WiFi”ın keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi

04 May, 13:57