Azərbaycanda nar bağlarının sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

İş Dünyası
14:25 / 26.01.2022

Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə nar bağlarının sığortası başlayıb.

2021-ci ilin dekabrında Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığota edilən bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. Digər meyvələrlə yanaşı, nar da aqrar sığorta edilən məhsulların siyahısına əlavə edilib.

Nar – son illər ölkəmizdə ən çox sürətlə yayılan və fermerlərə böyük gəlir gətirən bitkilərdəndir.

Hazırda Azərbaycanda 22 min hektardan çox nar bağı var. Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Saatlı, Sabirabad və digər bölgələrdir.

Nar ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə ən çox ixrac olunan məhsullardandır. 2021-ci ildə xaricə nar ixracı Azərbaycana 18 milyon dollardan artıq gəlir gətirib .

Nar bağlarının sığortalanması üzrə aqrar sığorta haqları bağın yerləşdiyi regiondan, məhsuldarlıq səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Ölkənin müxtəlif regionlarında narın baza zərfi üzrə sığorta tarifləri 1,62%-3,08% arasında dəyişir.

Aqrar sığorta nar və digər meyvələri dolu; yanğın; zəlzələ, torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur.

Misal. 1 hektar nar bağının sığortası:

1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1 sentner məhsulun bazar qiyməti – 60 manat olarsa, sahədən gözlənilən məhsulun ümumi dəyəri - sığorta məbləği 4 800 manat təşkil edir. Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 78- 148 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 39-74 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.

Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta ödənişi 4 320 manat təşkil edir.

Əlavə sığorta haqqı ödəməklə meyvələri dolu riski nəticəsində yaranan keyfiyyət itkisi, şaxtavurma (donvurma), eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq olar.

Nar bağlarının aqrar sığortasına başlanması iş adamlarının və fermerlərin məhsullarını və gəlirlərini qorumaqla yanaşı, bu sahədə biznesin dayanıqlı olmasına töhfə verəcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nar ilə yanaşı, xurma, alma, armud, alça, albalı, gilas, ərik, şaftalı (nektarin), çiyələk, gavalı və heyva bağlarını da aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

 

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

Volvo Cars - 47.150 avtomobil satışı

13 May, 11:14

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

06 May, 10:34

Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

06 May, 10:21

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədri həbs edilib

06 May, 10:20

Neftin qiyməti artıb

06 May, 10:15

Bu günə olan valyuta məzənnələri

06 May, 10:09

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək

06 May, 10:04

İtaliya Ukraynaya silah verəcək

06 May, 10:03

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

06 May, 10:01

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

06 May, 10:00

"ARB"-nin yayımı 3 saatlıq dayandırılacaq

06 May, 09:59

Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

04 May, 15:42

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

04 May, 15:41

Prezident Bosniya və Herseqovinaya yeni səfir təyin etdi – SƏRƏNCAM

04 May, 15:39

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

04 May, 15:38

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

04 May, 15:36

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

04 May, 14:53

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi

04 May, 14:43

Saxta iş elanları verib 200 nəfəri aldatdı

04 May, 14:39

“Qalatasaray” baş məşqçisini istefaya göndərdi

04 May, 14:35

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

04 May, 14:31

Türkiyə avarçəkənləri Suqovuşandakı yarış üçün Bakıya gəldi - Fotolar

04 May, 14:29

Azərbaycanda yeni medal təsis edilir

04 May, 14:20

AFFA yeni çempionat yaradır - FOTO

04 May, 14:18

Sabah yağış yağacaq - HAVA PROQNOZU

04 May, 14:14

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı YOXLAMA aparılacaq

04 May, 14:12

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

04 May, 14:11

347 nəfərə Azərbaycanı tərk etməyə icazə verilmədi - SƏBƏB

04 May, 14:08

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

04 May, 14:01

Bağ evində “WiFi”ın keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi

04 May, 13:57