Nazirlik: “Regionlardan Bakıya gəlmək istəyənlər bileti onlayn ala biləcəklər”

Sosium
15:16 / 14.01.2022

“Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) yalnız Bakıdan regionlara bilet satışı həyata keçirir. Əks istiqamətdə şəhərlərarası biletləri müvafiq avtovağzallardan əldə etmək mümkündür”.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildiriblər.

Nazirliyin açıqlamasında deyilir ki, AYNA informasiya sistemi yaradıldıqdan sonra bu problem həll ediləcək:

“Yaxın gələcəkdə avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini təmin edən və innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edən “AYNA” informasiya sistemi istifadəyə verildikdən sonra informasiya sistemləri vahid mərkəzdə cəmlənəcək. AYNA informasiya sisteminin tətbiqi nəticəsində ölkə üzrə sərnişin və yükdaşımaları barədə əldə edəcəyimiz müfəssəl məlumat bazası avtomobil nəqliyyatı sahəsində daha effektiv tənzimləmə normalarının tətbiqinə də imkan yaradacaq. Bundan sonra respublikanın bütün şəhər və rayonlarına hər iki istiqamətdə bilet satışı həyata keçirmək mümkün olacaq”.

Nazirlik həmçinin BBAK-ın saytında Naxçıvan avtobus marşrutu ilə edilən səfərlərin beynəlxalq reys kimi qeyd edilməsinə də aydınlıq gətirib:

“Bakı-Naxçıvan marşrutu İran İslam Respublikasının ərazisindən keçdiyi üçün beynəlxalq reyslər siyahısına əlavə edilib. Qeydiyyat xarici ölkələrə səfərlərdə olduğu kimi ümumvətəndaş pasportları ilə aparılır. Həmçinin reysi həyata keçirən daşıyıcılar da beynəlxalq səfərlər üçün nəzərdə tutulan icazələrlə təmin edilirlər”.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalının saytından onlayn bilet satışı ancaq Bakıdan olan istiqamətlərə var. Yəni Bakıdan rayonlara getmək istəyən şəxslər bu sayt vasitəsi ilə onlayn bilet ala bilər. Amma regionlardan paytaxta gəlmək istəyənlər isə yalnız həmin rayonun avtovağzalından bilet əldə edə bilər.

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

"Atabank" və "Zamin Bank"ın əmlakları icarəyə verilir

28 Yanvar, 16:13

Merkuri BOKT işçi axtarır – VAKANSİYA

28 Yanvar, 16:02

Fransa tarixi iqtisadi artıma nail olub

28 Yanvar, 15:56

Yaxın gələcəkdə Qarabağda yeni astronomik stansiya qurulacaq

28 Yanvar, 15:50

Ağdam, Füzuli və Şuşa şəhərlərinin baş planının hazırlanması üçün görüləcək işlər açıqlanıb

28 Yanvar, 15:50

Yollarda duman olacaq, görünüş məsafəsi məhdudlaşacaq

28 Yanvar, 15:40

Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edilib

28 Yanvar, 15:36

Azərbaycan ötən il avtomobil idxalına 1 milyard dollara yaxın pul xərcləyib

28 Yanvar, 15:35

Sığorta sahəsində rəqəmsallaşma əsas prioritetdir – MƏRKƏZİ BANK

28 Yanvar, 15:32

Azərbaycanda 84 günlük notlar yenidən dövriyyəyə buraxılıb

28 Yanvar, 15:31

ARDNF valyuta hərraclarındakı satışını 13% artırıb

28 Yanvar, 15:26

1 000-dən çox qadın müxtəlif özünə məşğulluqla bağlı təlimlərə cəlb olunub - RƏSMİ

28 Yanvar, 15:11

Şagirdlərin məktəbdə mobil telefondan istifadəsi ilə bağlı yeni qaydalar hazırlanır

28 Yanvar, 15:09

Lavrov Zelenskini Rusiyaya dəvət edib

28 Yanvar, 14:51

Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov

28 Yanvar, 14:51

600 manat maaşla işçi axtarılır – VAKANSİYA

28 Yanvar, 14:39

“Buta Airways” fevral ayında Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir

28 Yanvar, 14:39

Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır

28 Yanvar, 14:27

Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov

28 Yanvar, 14:26

Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank

28 Yanvar, 14:26

Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb

28 Yanvar, 14:25

2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov

28 Yanvar, 14:24

Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA

28 Yanvar, 14:23

Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN

28 Yanvar, 13:37

Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri

28 Yanvar, 13:36

Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək

28 Yanvar, 13:35

SƏBA işçi axtarır

28 Yanvar, 13:33

"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır

28 Yanvar, 13:27

İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev

28 Yanvar, 13:26

Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq

28 Yanvar, 13:25