Şaxtalı havada törədilən avtomobil qəzalarında sığorta problemi nədən yaranır?

İş Dünyası
15:53 / 14.01.2022

Şaxtalı hava şəraiti adətən öz mənfi təzahürünü yol-nəqliyyat hadisələrində daha çox göstərir. Avtomobillərin toqquşması ilə nəticələnən qəzaların sayı avtomatik olaraq sığortaya müraciət hallarını da artırır. Amma bu zaman ortaya bir sıra problemlər çıxır və onların nəticəsinin aradan qaldırılması uzun müddətə başa gəlir.

Problemlərin nədən qaynaqlandığına sığorta eksperti İlkin İbrahimov aydınlıq gətirdi:

“Problemlərdən biri günahın kimdə olması məsələsidir. Belə hava şəraitində avtomobillərin toqquşması zamanı günahın kimdə olmasını müvafiq orqanlar, yəni Dövlət Yol Polisi belə təyin etməkdə çətinlik çəkir. Onlar da belə hallarda ekspertizalar təyin edirlər ki, bu da vaxt alır”.

Sığorta eksperti bir daha bu cür vəziyyətlərdə KASKO sığorta növünün nə qədər üstün olduğunu diqqətə çatdırdı:

“Problemlərin aradan qaldırılması üçün iki sığorta məhsulumuz olmalıdır: Birincisi, avtonəqliyyat vasitələrinin mülkü məsuliyyətinin icbari sığortası. Bu növ qarşı tərəfə dəyən ziyanı ödəyir, üçüncü şəxslər qarşısında məsuliyyəti nəzərdə tutur. İkinci sığorta növü isə KASKO, yəni könüllü sığorta növüdür. Bizim avtomobilimizə hər hansı bir əşyanın dəyməsi, vurulması, çırpılması halında bununla bağlı KASKO növündə sığortalanma yaxşı olardı. Bununla əlaqədar təzminatı sığorta şirkətlərindən almaq mümkündür”.

Müqayisə üçün Türkiyənin sığorta bazarındakı təcrübəni öyrəndik.

Türkiyənin sığorta şirkətlərinin birində çalışan Əfsanə Hüseynova deyir ki, adətən belə hava olan zaman əvvəlcədən müştərilərə xəbərdarlıq SMS-i göndərilir ki, ehtiyatlı olun. Ə.Hüseynova qeyd edir ki, qarlı-yağışlı havada şikayət edən müştəri məhkəmə proseslərində qalib gəlir".

Ona görə də iş məhkəməyə çıxmadan müştəriyə ödəniş olunur. Türkiyədə vəkil xərci çoxdur deyə, müştəriyə pul həmişə vaxtında ödənilir".

İcbari sığorta haqları ilə bağlı qeyd edək ki, Azərbaycanda avtomobilin mühərrikindən asılı olaraq standart forma müəyyən olunub və bu qaydaya uyğun olaraq vətəndaşlar məcburi sığortaya cəlb olunur. Lakin KASKO sığorta növündə belə deyil.

Könüllü sığorta növündə avtomobilin qiyməti, maşının buraxılış ili və avtomobili idarə edən şəxsin sürücülük stajı nəzərə alınaraq sığorta haqları müəyyən olunur.

Qeyd edək ki, Azərbaycanda minik avtomobillərinin mühərriklərinin həcminə görə fiziki şəxslər üçün icbari sığorta haqqı 50 manatdan başlayır. Hüquqi şəxslər üçün isə 60 manatdan.

© Report

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

Volvo Cars - 47.150 avtomobil satışı

13 May, 11:14

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

06 May, 10:34

Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

06 May, 10:21

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədri həbs edilib

06 May, 10:20

Neftin qiyməti artıb

06 May, 10:15

Bu günə olan valyuta məzənnələri

06 May, 10:09

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək

06 May, 10:04

İtaliya Ukraynaya silah verəcək

06 May, 10:03

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

06 May, 10:01

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

06 May, 10:00

"ARB"-nin yayımı 3 saatlıq dayandırılacaq

06 May, 09:59

Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

04 May, 15:42

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

04 May, 15:41

Prezident Bosniya və Herseqovinaya yeni səfir təyin etdi – SƏRƏNCAM

04 May, 15:39

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

04 May, 15:38

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

04 May, 15:36

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

04 May, 14:53

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi

04 May, 14:43

Saxta iş elanları verib 200 nəfəri aldatdı

04 May, 14:39

“Qalatasaray” baş məşqçisini istefaya göndərdi

04 May, 14:35

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

04 May, 14:31

Türkiyə avarçəkənləri Suqovuşandakı yarış üçün Bakıya gəldi - Fotolar

04 May, 14:29

Azərbaycanda yeni medal təsis edilir

04 May, 14:20

AFFA yeni çempionat yaradır - FOTO

04 May, 14:18

Sabah yağış yağacaq - HAVA PROQNOZU

04 May, 14:14

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı YOXLAMA aparılacaq

04 May, 14:12

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

04 May, 14:11

347 nəfərə Azərbaycanı tərk etməyə icazə verilmədi - SƏBƏB

04 May, 14:08

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

04 May, 14:01

Bağ evində “WiFi”ın keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi

04 May, 13:57