"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır

İKT
13:27 / 28.01.2022

Ötən həftə ərzində "omikron" ştammının yayılması ilə əlaqədar dünya üzrə koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülleteninə əsasən, son bir həftə ərzində dünyada 21 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 50 minə yaxın insan isə koronavirusdan ölüb.

Bildirilir ki, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 5 faiz, ölüm hallarının sayı isə 1 faiz artıb.

Rusiyada hətta uşaqlar arasında da yoluxma sayı kəskin çoxalıb. 2 həftə əvvəl Moskvada COVID-ə yoluxan uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. Yəni, 2 həftə ərzində uşaqlar arasında yoluxma sayı 14 dəfə artıb.

Sutka ərzində Fransa və Amerika Birləşmiş Ştatlarında isə 500 000-dən çox yoluxma faktı qeydə alınıb.

Həkim-infeksionist Mərdan Əliyev qeyd edib ki, bir çox ölkədə, xüsusən Avropa ölkələrində "omikron" ştammı artmaqda davam edir. Ölkəmizdə də bu ştammın aşkarlanması ilə yoluxanların sayında artım müşahidə olunur.

“Artıq son günlərdə yoluxma sayı 3 mini keçib və "omikron" ştammının yoluxduruculuq qabiliyyəti yüksək olduğundan yoluxma sayı artmağa davam edəcək.

Böyük ehtimal, fevral ayının sonlarına doğru yoluxma sayı pik həddə çatacaq. Sonrakı aylarda isə artıq yoluxmalarda azalmalar olacaq. Yay aylarında isə koronovirus barəsində danışılmayacaq. Virusdan qorunmaq üçün insanlar bir-birilə sıx təmasdan çəkinməli, qapalı məkanlarda maskadan istifadə etməli, şəxsi-gigeyenik qaydalara riayət etməlidir. Riskli yaş qrupuna daxil olan insanlar daha çox ehtiyatlı olsunlar. Əsas da uşaqların yoluxma ehtimalı yüksəkdir. Lakin ağırlaşma ehtimalı çox aşağıdır.

Hazırda isə koronovirusun yeni ştammı olan "omikron"dan qorunmaq üçün ən effektiv üsul vaksinasiyadır. İnsanlar artıq "buster" (3-cü doza) doza vaksinasiya olunmalıdır. “Buster” doza qüvvətləndirici doza deməkdir. COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

© Trend

Xəbəri paylaşın:

Oxşar xəbərlər

Xəbər lenti

Volvo Cars - 47.150 avtomobil satışı

13 May, 11:14

Dövlət Xidmətindən Şuşaya qanunsuz bilet satışı ilə bağlı AÇIQLAMA

06 May, 10:34

Apreldə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

06 May, 10:21

Eyni mənzili ayrı-ayrı şəxslərə satan MTK sədri həbs edilib

06 May, 10:20

Neftin qiyməti artıb

06 May, 10:15

Bu günə olan valyuta məzənnələri

06 May, 10:09

Avstriya Rusiya qazına görə rublla ödəniş etməyəcək

06 May, 10:04

İtaliya Ukraynaya silah verəcək

06 May, 10:03

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

06 May, 10:01

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

06 May, 10:00

"ARB"-nin yayımı 3 saatlıq dayandırılacaq

06 May, 09:59

Azərbaycan iki ölkədən quş ətinə idxal məhdudiyyətini qaldırıb

04 May, 15:42

Zəngilanda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - Sərəncam

04 May, 15:41

Prezident Bosniya və Herseqovinaya yeni səfir təyin etdi – SƏRƏNCAM

04 May, 15:39

İcbari tibbi sığorta sisteminin inkişafına əlavə resurslar cəlb edilir - Agentlik sədri

04 May, 15:38

Azərbaycanda bitkilər üzərində yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək

04 May, 15:36

Apple iPad planşetlərinin ənənəvi kompüterlərə çevrilməsi üzərində çalışır

04 May, 14:53

Milli Məclisin iclasının gündəliyi dəyişdirildi

04 May, 14:43

Saxta iş elanları verib 200 nəfəri aldatdı

04 May, 14:39

“Qalatasaray” baş məşqçisini istefaya göndərdi

04 May, 14:35

Aİ “Sberbank”ı SWIFT-dən ayırır

04 May, 14:31

Türkiyə avarçəkənləri Suqovuşandakı yarış üçün Bakıya gəldi - Fotolar

04 May, 14:29

Azərbaycanda yeni medal təsis edilir

04 May, 14:20

AFFA yeni çempionat yaradır - FOTO

04 May, 14:18

Sabah yağış yağacaq - HAVA PROQNOZU

04 May, 14:14

Büdcə vəsaiti ilə alınmış dərmanlarla bağlı YOXLAMA aparılacaq

04 May, 14:12

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri: Onu bəllidir

04 May, 14:11

347 nəfərə Azərbaycanı tərk etməyə icazə verilmədi - SƏBƏB

04 May, 14:08

Nazir işğaldan azad olunan ərazilərdə yeni məktəblərin anonsunu verdi

04 May, 14:01

Bağ evində “WiFi”ın keyfiyyətini yüksəltmək üçün mütəxəssis tövsiyəsi

04 May, 13:57